Rəqəmsal cəmiyyət və media üzrə mütəxəssis Report Media Məktəbində təlim keçib

Rəqəmsal cəmiyyət və media üzrə mütəxəssis Report Media Məktəbində təlim keçib Rəqəmsal cəmiyyət və media üzrə beynəlxalq mütəxəssis Emin Hüseynzadə Report Media Məktəbinin qonağı olub.
Media
26 Dekabr , 2019 10:25
Rəqəmsal cəmiyyət və media üzrə mütəxəssis Report Media Məktəbində təlim keçib
Report / Firi Salim

Rəqəmsal cəmiyyət və media üzrə beynəlxalq mütəxəssis Emin Hüseynzadə Report Media Məktəbinin qonağı olub.

Media Məktəbinin tələbələri ilə görüşdə çıxış edən Emin Hüseynzadə müasir dövrün yeni trendlərindən danışıb: “Artıq Çində süni intellektə qoşulmuş teleaparıcı insanı tam əvəzləyə bilir. Teleaparıcı peşəsinin gələcəkdə ortadan çıxacağı məsələsi gündəmə gəlib. Azərbaycanda belə bir təcrübəni tətbiq etmək üçün yalnız proqram təminatına ehtiyac var. Bunu eləmək çox sadədir. Bu günün jurnalisti gələcəyin texnoloji dəyişikliklərini indidən bilməlidir”.

Media ekspert gənc jurnalistlərə daha hazırlıqlı olmağı məsləhət bilib: “Hətta saytlarda xəbər hazırlamaq, press-reliz düzəltmək kimi işləri də proqram insandan da yaxşı yerinə yetirə biləcək. Yəni “copy-past” jurnalistinə ilk növbədə ehtiyac olmayacaq. Proqram yazını analiz edib ən yaxşı formada xəbəri paylaşacaq. Bu proses uzaq yox, elə yaxın gələcəkdə baş verəcək. Deməli, bu günün jurnalisti artıq daha bilikli, daha peşəkar olmalıdır. Rəqabət gücündə olmaq üçün nəsə fərqli bir vasitələrdən, multimedia imkanlarılndan istifadə edərək materialı daha maraqlı formada təqdim etməyi bacarmalıdır”.

Emin Hüseynzadə tələbələrin suallarını da cavablandırıb. 

Son xəbərlər

Orphus sistemi