“MEDİA könüllüləri” Report Media Məktəbində təlim keçəcəklər

“MEDİA könüllüləri” Report Media Məktəbində təlim keçəcəklər Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA könüllüləri” proqramı çərçivəsində 20 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə 2 həftəlik təcrübə proqramına qoşulacaq.
Media
11 Oktyabr , 2021 15:29
“MEDİA könüllüləri” Report Media Məktəbində təlim keçəcəklər
0 : 00
0 : 00

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA könüllüləri” proqramı çərçivəsində 18 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə 2 həftəlik təcrübə proqramına qoşulacaq.

“Report” xəbər verir ki, gənc jurnalistlər agentlikdə xəbərin strukturu, yazılma qaydası, mənbələrlə iş, etibarlılığı, yaradılması barədə praktik bilik əldə edəcəklər.

Qeyd edək ki, “MEDİA könüllüləri” proqramını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi reallaşdırır. Proqram media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə media sahəsində könüllülük hərəkatını genişləndirmək məqsədi ilə təşkil edilir. Proqram 2021-ci ilin sentyabr ayında start götürüb.

Son xəbərlər

Orphus sistemi