MEDİA və Mətbuat Şurası Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB

MEDİA və Mətbuat Şurası Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB Medianın İnkişafı Agentliyi ( MEDİA) tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.
Media
17 Yanvar , 2024 11:20
MEDİA və Mətbuat Şurası Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB

Azərbaycan Mətbuat Şurası jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.

“Report” xəbər verir ki, nekroloqda deyilir:

“Jurnalist, “Lent.az” saytının əməkdaşı Səbuhi Məmmədlinin vəfatı hər birimizə dərin üzüntü və sarsıntı hissi yaşatdı. Mərhumun doğmalarına, yaxınlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı veririk.

1970-ci ildə anadan olmuş Səbuhi Məmmədli Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən jurnalistikada olub. Müasir dövr Azərbaycan mediasının öz dəst-xətti ilə seçilən istedadlı nümayəndələrindən biri kimi tanınıb. Həm on il ərzində “Lent.az” saytında, həm də müxtəlif illərdə çalışdığı “525-ci qəzet”də, “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərində peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib.

Səbuhi Məmmədli yaşadığı qısa ömürdə istedad amilinin jurnalistika üçün nə dərəcədə böyük anlam daşıdığını əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarıb. Onun, yəni, bir istedad adamının yoxluğu həm də bu baxımdan ağırdır.

Bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, onların kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!”

10:25

Medianın İnkişafı Agentliyi ( MEDİA) tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə MEDİA sosial şəbəkədə paylaşım edib.

"Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, jurnalist Səbuhi Məmmədli gecə saatlarında 54 yaşında müalicə aldığı tibb müəssisəsində vəfat edib.

Son xəbərlər

Orphus sistemi