İlkin mərhələdə ölkənin böyük şəhərlərində və rayon mərkəzlərində, magistral avtomobil yollarında rəqəmsal radio yayımı təşkil ediləcək.
“Report” xəbər verir ki, bu, “Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nda öz əksini tapıb.
Qeyd olunub ki, ölkə ərazisində rəqəmsal radioyayıma keçid üçün radiotezlik planına uyğun olaraq, mövcud infrastrukturda və ehtiyac yarandığı halda digər ərazilərdə DAB+ verici, anten və baş stansiya avadanlıqlarının qurulması həyata keçiriləcək.
Rəqəmsal radio yayımının dayanıqlığının təmin edilməsi üçün təktezlikli (sinxron) şəbəkələr yaradılacaq.
İlkin mərhələdə ölkənin böyük şəhərlərində və rayon mərkəzlərində, magistral avtomobil yollarında rəqəmsal radio yayımı təşkil ediləcək.
Bundan sonra rəqəmsal radio yayımının əhatəsinin müəyyənləşdirilməsi üçün radiomonitorinqlər aparılacaq. Növbəti mərhələdə rəqəmsal radio yayımı ilə əhatə olunmayan ərazilər üçün radioverici avadanlıqların qurulması və ölkənin rəqəmsal radio yayımı ilə tam əhatə edilməsi nəzərdə tutulur.