MAG verilişi 9-cu mövsümünə start verir

MAG verilişi 9-cu mövsümünə start verir Sentyabrın 21-dən etibarən Müasir Azərbaycan Gənci (MAG) verilişi Abbasağa Əlizadənin aparıcılığı ilə 9-cu mövsümünə start verir. 
Media
19 Sentyabr , 2020 16:06
MAG verilişi 9-cu mövsümünə start verir

Sentyabrın 21-dən etibarən Müasir Azərbaycan Gənci (MAG) verilişi Abbasağa Əlizadənin aparıcılığı ilə 9-cu mövsümünə start verir. 

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin layihəsi olan, "MZ" Production tərəfindən hazırlanan MAG verilişi İctimai Televiziya (İTV) kanalında həftə içi hər gün saat 17:30-da yayımlanacaq.

Gəncliyin güzgüsü olan MAG-da istedadlı, bacarıqlı, kreativ gənclər qonaq olacaq, ekspertlərlə maraqlı mövzular  müzakirə olunacaq. 

Qeyd edək ki, verilişin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyidir.

Son xəbərlər

Orphus sistemi