KİVDF kotirovka sorğusu elan edib

KİVDF kotirovka sorğusu elan edib Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) müəssisədə tətbiq olunan SERP proqram təminatının modullarına illik texniki dəstəyin satınalınması üçün kotirovka sorğusu elan edib.
Media
24 İyul , 2018 09:13
KİVDF kotirovka sorğusu elan edib

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) müəssisədə tətbiq olunan SERP proqram təminatının modullarına illik texniki dəstəyin satınalınması üçün kotirovka sorğusu elan edib.

“Report”un xəbərinə görə, SERP proqramına aşağıdakı modullar daxildir:

– işçilərin əmək haqqının hesablanması modulu;

– mal-materialların uçotu modulu;

– əsas vəsasitlər modulu;

– pul vəsaitləri modulu;

– büdcənin planlaşdırılması və icrası modulu;

– xəzinədarlıq sənədləri.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 26 iyul 2018-ci il saat 18.00-dək qəbul olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu.

Son xəbərlər

Orphus sistemi