“İnterfaks-Azərbaycan”ın rəhbəri Report Media Məktəbinin qonağı olub

“İnterfaks-Azərbaycan”ın rəhbəri Report Media Məktəbinin qonağı olub “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru Anar Əzizov Report Media Məktəbinin qonağı olub.
Media
13 Oktyabr , 2021 17:42
“İnterfaks-Azərbaycan”ın rəhbəri Report Media Məktəbinin qonağı olub
Anar Əzizov

“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru Anar Əzizov Report Media Məktəbinin qonağı olub.

Media Məktəbinin tələbələri ilə görüşdə Anar Əzizov xəbər hazırlamağın standartlarından danışıb:

“Xəbərin ömrü cəmi bir gündür. Bu səbəbdən reytinq dalınca qaçan bir çox media qurumları gözəçarpan başlıqla oxucu cəlb etməyə çalışırlar. Bəzən xəbərin özünün başlıqla əlaqəsi olmur, nəticədə məntiqi ardıcıllıq pozulur. Xəbər hazırlayan jurnalist özünü yox, oxucunu düşünməlidir. On abzasdan ibarət xəbər çox darıxdırıcı görünəcək”.

Baş direktor informasiyanı yazarkən “qayçı prinsipi”ndən istifadə etməyi məsləhət bilib:

“Xəbərin yazılma qaydasını gözləməliyik. Hətta əlimizə qayçı alıb məlumatı aşağıdan yuxarı doğrasaq belə, oxucu bir cümlə ilə belə onun mahiyyətini anlamalıdır ”.

Anar Əzizov 2003-cü ildən "İnterfaks-Azərbaycan"da çalışır. 2015-ci ildə baş redaktor, 2018-ci ildə baş direktor vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi