İTV-yə yeni baş direktor seçilib

İTV-yə yeni baş direktor seçilib Bakı. 1 iyun. REPORT.AZ/ İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə Balakişi Qasımov seçilib.
Media
548
1 İyun , 2018 12:20
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə Balakişi Qasımov seçilib.

“Report”un xəbərinə görə, bununla Milli Televiziya və Radio Şurasında seçki keçirilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı var idi. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu idi.

Son xəbərlər

Orphus sistemi