İsrailin Azərbaycandakı səfiri "Report" agentliyində olub

İsrailin Azərbaycandakı səfiri "Report" agentliyində olub Səfir agentliyin şöbələrinin fəaliyyəti ilə maraqlanıb
Media
113
26 Noyabr , 2015 14:10
İsrailin Azərbaycandakı səfiri Report agentliyində olub

Bakı. 26 noyabr. REPORT.AZ/ İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav "Report" agentliyində olub.

Səfir agentliyin şöbələrinin fəaliyyəti ilə maraqlanıb. O, agentliyin iş fəaliyyəti ilə tanış olub.

Səfir Dan Stav, həmçinin agentliyin baş redaktoru Murad Əliyev və xarici siyasət şöbəsinin əməkdaşları ilə görüşüb.

Agentliyin baş redaktoru səfiri salamlayaraq, "Report"un ölkədəki beynəlxalq diplomatik missiyalarla sıx əməkdaşlıq etdiyini bildirib. O, həmçinin Agentliyin İsrail səfirliyi ilə əməkdaşlıq etməyə, ikitərəfli münasibətlərlə bağlı məqalələr dərc etməyə hazır olduğunu deyib.

Öz növbəsində, İsrail səfiri iki ölkədə baş verən həqiqətləri ictimaiyyətə çatdırmaq üçün media ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Eyni zamanda, səfir Azərbaycanda tolerantlıq ənənələrinin mövcudluğundan danışaraq, Bakıya gəlişindən sonra bunun canlı şahidi olduğunu deyib.

Səfir Azərbaycan və İsrail arasında əməkdaşlığa da toxunub. D.Stav qeyd edib ki, iki ölkə neft-qaz sektorundan əlavə, kənd təsərrüfatı, informasiya texnologiyaları və başqa sahələrdə əməkdaşlığı genişləndirə bilər.

Son xəbərlər

Orphus sistemi