Hüseyn Altınalan: “Güclü dövlət olmaq üçün güclü mediaya sahib olmalısan”

Hüseyn Altınalan: “Güclü dövlət olmaq üçün güclü mediaya sahib olmalısan” “Güclü dövlət olmaq güclü orduya, güclü iqtisadiyyata, güclü mediaya sahib olmalısan”.
Media
6 İyul , 2023 18:14
Hüseyn Altınalan: “Güclü dövlət olmaq üçün güclü mediaya sahib olmalısan”

“Güclü dövlət olmaq üçün güclü orduya, güclü iqtisadiyyata, güclü mediaya sahib olmalısan”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə müşaviri Hüseyn Altınalan Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

H.Altınalan 44 günlük Vətən Müharibəsi dövründə mediada gedən mühüm proseslərə toxunub:

“Biz mətbuatın gücünü İkinci Qarabağ müharibəsi dövründə gördük. Erməni tərəfi Birinci Qarabağ savaşında informasiya müharibəsində daha hazırlıqlı görünürdü, amma 44 günlük zəfər savaşında ermənilər heç gözləmədiyi güclə qarşılaşdılar. Prezident İlham Əliyev 30-dan artıq xarici media qurumuna müsahibə verdi, çünki o, medianın önəmini bilirdi. Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynadı”.

H.Altınalan, həmçinin Türkiyə-Azərbaycan qardaşlığından da söz açıb.

“Türkiyə və Azərbaycan mediası çiyin-çiyinə verərək informasiya cəbhəsində də erməniləri məğlub etdi. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bu haqlı savaş barədə məlumatın dünyaya çatdırılmasında böyük səy göstərdi. Biz özümüzü 30 il öncədən daha güclü görürük, çünki Azərbaycan kimi qardaşımız var”, – H.Altınalan bildirib.

Müşavir Selçuk Universitetində bakalavr, Mərmərə Universitetində isə magistr təhsilini alıb. Altınalan tələbəlik illərində müxtəlif media qurumlarında, 2012-ci ildən isə Anadolu Agentliyində çalışıb. 2015-ci ildən agentliyin İstanbul bölgə müdiri vəzifəsinə təyinat alıb. Altınalan dünyanın bir çox qaynar nöqtələrində jurnalist kimi fəaliyyət göstərib.

2019-cu ildən Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə müşaviri vəzifəsini icra edir. H.Altınalan Bakıda 6 il bu vəzifəni daşıyan Hamit Karadenizi əvəz edib. Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktoranturasında təhsil alır.

Son xəbərlər

Orphus sistemi