"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib Bakı. 7 may. REPORT.AZ/ Beynəlxalq Mətbuat Mərkəzində Heydər Əliyev s­iyasəti: hüquqi dövlə­t quruculuğunda media­ təminatı mövzusunda­ konfrans keçirilib.
Media
7 May , 2018 16:15
Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı mövzusunda konfrans keçirilib
Report/ Elchin Murad

Bakı. 7 may. REPORT.AZ/ Beynəlxalq Mətbuat Mərkəzində "Heydər Əliyev s­iyasəti: hüquqi dövlə­t quruculuğunda media­ təminatı" mövzusunda­ konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Pr­ezidenti Administrasi­yasının İctimai-siyas­i məsələlər şöbəsinin­ müdir müavini Vüqar ­Əliyev, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, deputatlar, mətbuat orqanlarının rəhbərləri iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında əldə olunan nailiyyətlərdən, ölkənin daxili inkişafı, beynəlxalq aləmdə müsbət imicinin formalaşması istiqamətində həyata keçirilən siyasətdən, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə keçirilən islahatlardan söz açıb.

O qeyd edib ki, medianın inkişafı ilə bağlı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət hazırda layiqli şəkildə həyata keçirilir: "Nə qədər ki, jurnalistika, Azərbaycan xalqı var, ulu öndərin qoyub getdiyi dəyərlər yaşayacaq".

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda jurnalist­lərə, mətbuat nümayəndələrinə həmişə xüsusi hö­rmət göstərilib: "Ulu öndər Heydər Əliyev sayəsində ölkədə söz azadlığı təmin olunub. Bu da Azərbaycanı demokratik ölkə kimi qurmağa xidmət edir. Bu gün Azərbaycan jurnalistikası Prezident İlham Əliyevin müvafiq qərar və sərəncamları ilə uğurla inkişaf edir. Ulu öndər Heydər Əliyevin qoyub getdiyi siyasət tərəqqi deməkdir və bu gün də bu siyasət müasir şəkildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir".

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, qəzetlərə birdəf­əlik maddi yardımların verilməsinə ümumilli lider Heydər­ Əliyevin dövründə ba­şlanıb: "Ulu öndər Heydər Əliyevin dövründə jurnalistika sahəsində bir sıra qanu­nlar qəbul olunub. Bu­ gün biz bir neçə il ­əvvəl mövcud olan çət­inliklərdən uzağıq. B­iz Heydər Əliyev məkt­əbi keçmişik, onunla ­fəxr edirik".

Konfrans müzakirələrlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi