“Bakı bir şəhərin tanınmaz dərəcədə dəyişə biləcəyinə nümunədir”.
“Report” xəbər verir ki, bunu rusiyalı bloger İlya Varlamov jurnalist Həmid Həmidovun “Danışaq?” verilişinin yeni buraxılışında bildirib.
“Bakı çox dəyişmiş şəhərdir. Odur ki, o, şəhərin tanınmaz dərəcədə necə dəyişə biləcəyini müşahidə etmək baxımından böyük maraq doğurur. Burada sovet memarlığının irsindən çox az şey qalıb. Doğrudur, həmin dövrə aid bəzi abidələr bərpa edilib və qorunub saxlanılıb. Lakin ümumilikdə Bakı sovet dönəminə aid şəhər deyil. Burada postsovet dövrünün irslərinə az rast gəlinir”.
Bloger müsahibəsi zamanı Bakıya səfərinin səbəbi, Ukraynadakı müharibə, rusiyalıların buna mövqeyi, həmçinin Qərbin münasibəti barədə bəhs edib.
Bundan başqa, İ.Varlamov Rusiyanın mümkün parçalanması, Vladimir Putindən sonra nələrin baş verə biləcəyi, onun SSRİ-ni yenidən yaratmaqla bağlı istəyi və digər bir çox məsələlər barədə fikirlərini bölüşüb.