İsmayıl Rafiqoğlu: “Heç də hər iştirakçı təlimin sonuna kimi davam gətirmir”

İsmayıl Rafiqoğlu: “Heç də hər iştirakçı təlimin sonuna kimi davam gətirmir” "Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 7-cı qrupunun təlim proqramı yekunlaşıb.
Media
9 Avqust , 2021 15:53
İsmayıl Rafiqoğlu: “Heç də hər iştirakçı təlimin sonuna kimi davam gətirmir”

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 7-ci qrupunun təlim proqramı yekunlaşıb.

Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, monitorinq və sorğulara qoşulan 7 jurnalistə sertifikat təqdim edilib.

 Fuad Hüseynəliyev
Fuad Hüseynəliyev

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin məzunları ilə görüşdə jurnalistika peşəsinin əhəmiyyəti barədə danışıb:

“Jurnalistika olduqca maraqlı, həm də çətin sahədir. Bu gün mediada peşəkar kadrlara ehtiyac duyulur. Bizim agentlik də Report Media Məktəbinin vasitəsilə jurnalistlərin mətbuatda özünü reallaşdırmasına yardım edir. Gələcəkdə Media Məktəbin bu qrupunun məzunlarını ölkənin ən möhtəşəm media qurumlarında, həmçinin “Report”da çalışacağına ümid edirəm”.

Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu tədris proqramının uğurla bitirən məzunları təbrik edib: “Təcrübə göstərir ki, heç də hər iştirakçı təlimin sonuna kimi davam gətirə bilmir, praktik iş zamanı, sorğu keçirmək, müsahibə almaq dönəmində geri çəkilir. Bu qrupda da gənc jurnalistlər psixoloji gərginləyə qalib gəlməklə tapşırıqların öhdəsindən gələ biliblər. Report Media Məktəbində məşhur radio və televiziya aparıcısı Cavid Osmanov, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyətinin üzvü, İdman Araşdırmalar Mərkəzinin (İAM) sədri Elşən Məmmədov, tanınmış publisist, tərcüməçi, yazıçı Nəriman Əbdülrəhmanlı ilə maraqlı görüşlər təşkil edilib, tələbələr Space 104 FM radiosunun qonağı da olublar”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi