“Global Journalism Council” (GJC) beynəlxalq jurnalist təşkilatı ermənilərin minaladağı ərazilərimizdə Azərbaycanın media işçilərini minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb.
“Report” xəbər verir ki, bəyanatda deyilir:
“Bu gün (dünən-red) iki jurnalist həmkarımız, azərbaycanlı jurnalistlər, Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru Sirac Abışovun Ermənistanın minaladığı Kəlbəcərdə mina patrtlaması nəticəsində həlak olması bizi çox qayğılandırdı və qanlı olayı dərin kədərlə qarşıladıq. Həmkarlarımızın öz jurnalist vəzifələrini yerinə yetirərkən Ermənistanın minaladığı ərazidə həyatlarını itirmələrini bütün dünya jurnalistlərinin terrora məruz qalması kimi qiymətləndiririk".
Qlobal Jurnalistlər Şurasının Prezidenti Mehmet Ali Dimin adından yayılan bəyanatda daha sonra bildirilir ki, rəsmi Bakıya istinadən Ermənistanın minaladığı Azərbaycan ərazilərinin xəritəsini verməməsi bütün beynəlxalq konvensiyalara ziddir: “Məhz bunun nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun həyatlarını dəyişmələrini dünyadakı bütün jurnalistlərə qarşı terror kimi qiymətləndiririk. Bütün beynəlxalq təşkilatlardan, insan haqlarını müdafiə edən beynəlxalq qurumlardan, xüsusilə də beynəlxalq jurnalist təşkilatlarından bu qanlı olaya laqeyd qalmamağa çağırır, jurnalitlərin ölümünə səbəb olan bu qanlı aktı qınayırıq. Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə səsləyirik".