Fuad Hüseynəliyev: “Ermənistanın hazırkı rəhbərliyi Qərbdə yeni sahiblər axtarışındadır”

Fuad Hüseynəliyev: “Ermənistanın hazırkı rəhbərliyi Qərbdə yeni sahiblər axtarışındadır” “Ermənistanın hazırkı rəhbərliyi fəal şəkildə Qərbdə özü üçün yeni sahiblər axtarışındadır”
Media
30 Mart , 2023 21:38
Fuad Hüseynəliyev: “Ermənistanın hazırkı rəhbərliyi Qərbdə yeni sahiblər axtarışındadır”

“Ermənistanın hazırkı rəhbərliyi fəal şəkildə Qərbdə özü üçün yeni sahiblər axtarışındadır”

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edərkən bildirib.

F.Hüseynəliyev vurğulayıb ki, istər Fransa, ABŞ, istərsə də hər hansı bir digər Qərb dövləti İrəvana ağalıq edə bilər.

“Paşinyanın Demokratiya Sammitinə dəvət olunması bu tədbirin qanuniliyini şübhə altına alır. Belə ki, bu yaxınlarda monitorinq qrupu Ermənistanda demokratiyanın vəziyyətilə bağlı hesabatını açıqlayıb. Biz bu sənəddə Paşinyanın hakimiyyətə gəlişindən sonra ölkədə çox sayda qanun və hüquq pozuntularının baş verdiyinin şahidi oluruq”, - F.Hüseynəliyev deyib.

İnformasiya Agentliyinin rəhbəri qeyd edib ki, Qərb demokratik hesab etdiyi Ermənistanda real vəziyyəti görməzdən gəlir.

Daha ətraflı CBC-nin videomaterialında:

Son xəbərlər

Orphus sistemi