Fins.az saytının 4 yaşı tamam olub

Fins.az saytının 4 yaşı tamam olub Sayt 2013-cü il oktyabrın 18-də Azərbaycanda ilk ixtisaslaşdırılmış sığorta xəbərləri portalı kimi fəaliyyətə başlayıb
Media
18 Oktyabr , 2017 14:43
Fins.az saytının 4 yaşı tamam olub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Fins.az iqtisadi xəbər portalının 4 yaşı tamam olub. 

“Report”un məlumatına görə, sayt 2013-cü il oktyabrın 18-də Azərbaycanda ilk ixtisaslaşdırılmış sığorta xəbərləri portalı kimi fəaliyyətə başlayıb.

Tədricən portal maliyyə sektorunun digər sahələrini də əhatə edərək banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, lizinq şirkətləri və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti haqqında xəbərlər və analitik materiallar yaymaqla məşğul olub. 

Ötən ildən isə Fins.az “Biznesin nəbzini tut!” devizi ilə əhatə dairəsini daha da genişləndirib və sayt iqtisadiyyatın bütün sahələri ilə bağlı oxucularını məlumatlandırmağa başlayıb. Hazırda portal maliyyə sektoru ilə yanaşı, avtomobil, əmlak, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, nəqliyyat sahələrindəki yenilikləri ictimaiyyətə çatdırmaqla məşğuldur və Azərbaycanda iqtisadi xəbərlərin əsas mənbəyinə çevrilib.

“Report” İnformasiya Agentliyi Fins.az-ın kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. 

Son xəbərlər

Orphus sistemi