Fatih Avanos: “Hər səhər ilk açdığım sayt “Report”dur”

Fatih Avanos: “Hər səhər ilk açdığım sayt “Report”dur” Azərbaycanda fəaliyyət göstərdiyim dövrdə “Report”un informasiyalarından, analizlərindən çox istifadə edirəm.
Media
19 Noyabr , 2020 16:17
Fatih Avanos: “Hər səhər ilk açdığım sayt “Report”dur”
Fatih Avanos

“Hər səhər işə başlayanda xəbərləri izləmək üçün ilk açdığım sayt “Report”dur”.

Bunu “Report”un efirində “Müzakirə vaxtı” verilişində qonaq olan TRT-nin Azərbaycan müxbiri Fatih Avanos deyib.

O bildirib ki, operativ, dəqiq və etibar edilən mənbə onlar üçün çox vacibdir:

“Sizin əməkdaşlar bütün sahələrdə, o cümlədən döyüş bölgəsində çox yaxşı fəaliyyət göstərdilər. Bizim də xəbər əldə etmək üçün bu cür etibarlı mənbəyə ehtiyacımız var və bu, bizə çox kömək edir. Azərbaycanda fəaliyyət göstərdiyim dövrdə “Report”un informasiyalarından, analizlərindən çox istifadə edirəm.

Bu fəaliyyətinizə görə, sizə çox təşəkkür edirəm”.

Son xəbərlər

Orphus sistemi