“Euronews”un əməkdaşları 24 saatlıq tətil elan edib

“Euronews”un əməkdaşları 24 saatlıq tətil elan edib Bu gün qərargahı Lionda yerləşən “Euronews” beynəlxalq xəbərlər telekanalının əməkdaşları 24 saatlıq tətilə çıxıb
Media
9 Fevral , 2021 17:15
“Euronews”un əməkdaşları 24 saatlıq tətil elan edib

Bu gün qərargahı Lionda yerləşən “Euronews” beynəlxalq xəbərlər telekanalının əməkdaşları 24 saatlıq tətilə çıxıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, həmkarlar ittifaqlarının bildirdiyinə görə, bu tədbir nəzərdə tutulan ixtisarlara qarşı etirazdır.

“Bu, telekanalın tarixində ilk ümumhəmkar tətilidir. Əməkdaşlar tərəfindən bu aksiya çox fəal şəkildə dəstəklənir”, - Milli Jurnalistlərin Həmkarlar İttifaqının nümayəndəsi Kristel Patronqari qeyd edib.

“Euronews”un İdarə şurasının sədri Mişel Peterson tərəfindən ötən ilin noyabrında həmkarlar ittifaqına təqdim edilmiş ixtisar planı koronavirus pandemiyası dövründə reklam gəlirlərinin xeyli azalması ilə əsaslandırılıb. Bütövlükdə 30-40 nəfərin ixtisarı nəzərdə tutulur.

Hazırda “Euronews”da 500-dək əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi