"Media haqqında” qanun layihəsinin yaradılması zəruri idi. Çünki köhnə qanunun qəbul edilməsindən uzun zaman keçib. Artıq ölkədə yeni reallıqlar yaranıb. Odur ki, qalib dövlətin informasiya sistemi qalib dövlətin adına layiq olmalıdır”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
O, mətbuat nümayəndələrinin attestasiyadan keçirilməsinin məqbul olduğunu bildirib: "Jurnalistlərdən bəziləri müəyyən yollarla bu peşəyə gəlib. Bu gün həm ölkədaxili, həm də beynəlxalq arenaya ölkə həqiqətlərini çatdıran kifayət qədər mətbuat nümayəndələri var. Lakin beynəlxalq auditoriya üçün çalışan xarici dilləri bilən jurnalistlərə böyük tələbat var”.