"Azərbaycan mediası müstəqil mediadır və cəmiyyətdə baş verən istənilən hadisənin çatdırılmasında böyük rol oynayır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri
O bildirib ki, Azərbaycan mediası dünya mediasının tərkib hissəsidir: "1991-cildə Afrika jurnalistləri üçün təşkil olunan tədbirdən sonra UNESKO
Mətbuat Şurasının sədri deyib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edən müstəqil mediadır: "1993-cü ildən belə tədbirlər mütəmadi olaraq ölkəmizdə keçirilir. Biz Azərbaycan mediasına nəzər yetiririk. Azərbaycanda baş verən hər cür hadisə ictimaiyyətə çatdırılır. Azərbaycanda istənilən şəxs fikir və ideyalarını KİV və sosial şəbəkələr vasitəsilə cəmiyyətdə yaya bilir. Bu gün ölkəmizdə 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Bu gün Azərbaycan mediası ölkəmizlə bağlı hadisələrə ümummilli maraqlardan baxmağı bacaran jurnalistikadır. Azərbaycan mediası dünyanın inkişaf etmiş mediasının tərkib hissəsidir. Bu gün dünya, tələblər dəyişir. Azərbaycan jurnalistikasının özünün problemləri var. Vaxt keçdikcə bu problemləri həll edirik. Çalışırıq ki, Azərbaycan mediası iqtisadi baxımdan da güclü media olsun. Heç bir qurumdan, iqtisadi mərkəzdən asılı olmayan media olaraq reklam və digər gəlirlərdən özünün iqtisadi siyasəti düzgün qura bilsin. Bizim indiki şəraitdə qarşıya qoyduğumuz əsas vəzifə məhz bunlardan ibarətdir”.
"3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərimizi təbrik edirəm. Bu tarixin yaranması keçən əsrin sonlarında gündəmə gəlib", - Ə.Amaşov azərbaycanlı jurnalistləri təbrik edib.