DSX "Report"un əməkdaşlarını təltif edib

Media
  • 23 iyul, 2022
  • 08:45
DSX Reportun əməkdaşlarını təltif edib

22 iyul - Millli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən media nümayəndələri ilə görüş keçirilib.

"Report”un xəbərinə görə, tədbirdə DSX rəisinin müavini general-leytenant Abbas Xəlilov və digər məsul şəxslər iştirak edib.

Daha sonra Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılması işinə verdiyi töhfələrə görə fəxri fərmanlar təqdim olunub.

Mükafatlandırılanlar arasında "Report" İnformasiya Agentliyinin redaktoru İsmayıl Nəsibli, müxbiri Orxan Rasifoğlu və fotoqrafı Samirə Həsənova da var.