Cinayət Məcəlləsinin böhtan və təhqirə görə maddələri dekriminallaşdırılacaq

Cinayət Məcəlləsinin böhtan və təhqirə görə maddələri dekriminallaşdırılacaq “Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək”.
Media
209
9 Dekabr , 2021 11:08
Cinayət Məcəlləsinin böhtan və təhqirə görə maddələri dekriminallaşdırılacaq

“Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək”.

Report"un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, diffamasiya ilə bağlı da araşdırmalar gedir: “Bununla bağlı ciddi işlər görülür. Hazırda həmin sənəd hazırlıq mərhələsindədir".

“Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması ilə bağlı işlər davam etdirilir”, - Ə.ismayılov bildirib.

Son xəbərlər

Orphus sistemi