Cəlil Ərdəm "İki sahil" qəzetinin qonağı olub

Cəlil Ərdəm "İki sahil" qəzetinin qonağı olub Görüşdə əməkdaşlıq münasibətləri və perspektiv layihələr haqqında da fikir mübadiləsi aparılıb
Media
3277
25 Fevral , 2016 13:27
Cəlil Ərdəm İki sahil qəzetinin qonağı olub

Bakı. 25 fevral. REPORT.AZ/ "Dialoq Avrasiya" təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm "İki sahil" qəzeti redaksiyasının qonağı olub. Bu barədə "Report"a qəzetin redaksiyasından məlumat verilib. 

Qonağı salamlayan "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda mətbuatın inkişafı və qəzetin fəaliyyəti barədə məlumat verib. Ölkədə KİV-in inkişafına diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilib.

"Dialoq Avrasiya" təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm xoş və səmimi münasibətə görə qəzetin rəhbərliyinə öz minnətdarlığını bildirib.

Azərbaycan və Türkiyənin bir-birinə ayrılmaz tellərlə bağlı olduğunu deyən qonaq bildirib ki, bu gün Türkiyənin hər bir vətəndaşı Azərbaycanı qardaş ölkə kimi tanıyır və qəbul edir.

C.Ərdəm Azərbaycanda mətbuatın inkişafına da toxunub və bu prosesin sürətlə getdiyini bildirib. O, “İki sahil” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və gələcək əməkdaşlıq əlaqələrindən danışıb.

Görüşdə əməkdaşlıq münasibətləri və perspektiv layihələr haqqında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi