Bu ölkədə “Facebook” xəbər agentliklərinə pul ödəyəcək

Bu ölkədə “Facebook” xəbər agentliklərinə pul ödəyəcək Avstraliyada “Facebook” və “Google” xəbər agentliklərinə pul ödəməyə məcbur ediləcək.
Media
20 Aprel , 2020 12:27
Bu ölkədə “Facebook” xəbər agentliklərinə pul ödəyəcək

Avstraliyada “Facebook” və “Google” xəbər agentliklərinə pul ödəməyə məcbur ediləcək.

“Report” xəbər verir ki, bu barədə ABC korporasiyası məlumat yayıb. 

Belə ki, Avstraliyanın Rəqabət və istehlakçıların müdafiəsi məsələləri üzrə komissiyası yeni kodeks hazırlayıb.

Bu kodeksə görə, “Facebook”, “Google” və digər şirkətlər xəbər agentlikləri üçün müəyyən məbləğdə vəsait ayırmalıdırlar. Buna səbəb həmin agentliklərin onların kontentindən istifadə etməsidir.

Kodeksin öncə könüllü xarakter daşıması nəzərdə tutulsa da, koronavirus pandemiyasının xəbər agentliklərinin gəlirlərinə mənfi təsir etməsi ölkə rəhbərliyini bunu məcburi etməyə vadar edib.  

Son xəbərlər

Orphus sistemi