"Bu günədək Azərbaycan telekanallarında 2000 şəhid haqqında süjet və materiallar yayımlanıb".
“Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Vətən müharibəsində 3000-ə yaxın şəhid verildiyini xatırladan sədr Şuranın həmin qəhrəmanlar barədə televiziya kanallarında süjetlərin və proqramların hazırlanması ilə bağlı layihə təklif etdiyini söyləyib: "Çünki heç bir şəhid ailəsi özlərini unudulmuş hiss etməməli idi. Şəhidlər haqqında yayımlanan reportajların monitorinqinə gəlincə, bu günə qədər 2000 şəhid haqqında süjet və materiallar yayımlanıb. Növbəti illərdə yerdə qalan 1000 şəhid barədə də süjetlər hazırlanaraq nümayiş olunacaq".