Britaniyalı hərbi müxbir: "Müasir jurnalistika çox sayda qadın reportyora ehtiyac duyur"

Britaniyalı hərbi müxbir: "Müasir jurnalistika çox sayda qadın reportyora ehtiyac duyur" Almatı. 22 may. REPORT.AZ/ Müasir jurnalistika çox sayda qadın reportyora ehtiyac duyur. Çünki onlar müharibəni başqa formada görürlər. Məsələn, kişilər döyüşün necə getdiyindən danışır, hərbi əməliyyatlar teatrının əsiri olurlar. Qadınlar isə dərhal kəndlərə, insanlara gedərək onların həyatlarından danışırlar. İndi müharibə zonalarında qadın reportyorların sayı çoxalıb və məncə, bu, yaxşıdır.
Media
22 May , 2018 17:09
Britaniyalı hərbi müxbir: Müasir jurnalistika çox sayda qadın reportyora ehtiyac duyur
0 : 00
0 : 00

Almatı. 22 may. REPORT.AZ/ "Müasir jurnalistika çox sayda qadın reportyora ehtiyac duyur. Çünki onlar müharibəni başqa formada görürlər. Məsələn, kişilər döyüşün necə getdiyindən danışır, hərbi əməliyyatlar teatrının "əsiri" olurlar. Qadınlar isə dərhal kəndlərə, insanlara gedərək onların həyatlarından danışırlar. İndi müharibə zonalarında qadın reportyorların sayı çoxalıb və məncə, bu, yaxşıdır".

"Report" xəbər verir ki, bunu britaniyalı hərbi müxbir, prodüser, rejissor Şahida Tulyaqanova Qazaxıstanın Almatı şəhərində "Münaqişə zonalardan reportajların hazırlanması" mövzusunda keçirilən master-klassda deyib.

"Ümumi şəkil haqqında danışmaq lazım deyil. Heç kimə raketlərin necə uçduğu, hansı güllələrdən istifadə edildiyi maraqlı deyil. Sadəcə, orada yaşananları çatdırmaq lazımdır. Hərbi taktikadan danışmaq işimiz deyil, işimiz insanlardan danışmaqdır", - o əlavə edib.

Ş.Tulyaqanova vaxtilə rohinca müsəlmanlarının problemini işıqlandırdığını qeyd edib: "2 həftə ərzində Banqladeş sərhədini 700 min rohinca müsəlmanı keçdi! Bu, sadəcə, rəqəmdir. Vəzifəmiz elə rəqəmləri çatdırmaqdır. Zorakılıqla üzləşənlərdən, hər şeyini itirənlərdən məlumat verməliyik".

Son xəbərlər

Orphus sistemi