BQXK media nümayəndələri üçün məlumat sessiyası təşkil edib

BQXK media nümayəndələri üçün məlumat sessiyası təşkil edib Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Naftalan şəhərində media qurumlarının regional nümayəndələri üçün məlumat sessiyası təşkil edib.
Media
6 Dekabr , 2023 14:14
BQXK media nümayəndələri üçün məlumat sessiyası təşkil edib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Naftalan şəhərində media qurumlarının regional nümayəndələri üçün məlumat sessiyası təşkil edib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə jurnalistlərə BQXK-nin Bakı və Bərdə ofislərinin 2023-ci il üçün əsas fəaliyyəti haqqında məlumat verilib.

I Qarabağ savaşından bu günə qədər itkin sayılan insanların taleyinin aydınlaşdırılması istiqamətində dövlət qurumları ilə birgə aparılan işlərdən danışılıb. Bildirilib ki, şahid ifadələri əsasında 6 belə nöqtə təyin edilib.

Onların bəzilərində faktlar təsdiqini tapıb. Bundan başqa, azad olunan ərazilərdə mina təhlükəsi, keçmiş təmas xəttinə yaxın ərazilərdə və azad olunan ərazilərə köçürülən əhalinin bu istiqamətdə maarifləndirilməsində BQXK-nin apardığı işlərdən danışılıb. Brifinqdə jurnalistlərə müasir dövrdə informasiya axınında hansı məlumatın doğru hansının yalan olmasının dəqiqləşdirilməsinin yeni metodları izah olunub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi