Azərbaycanın bölgələrində gənc könüllülər “Report” Agentliyinin fəaliyyətinə cəlb edilirlər - VİDEO

Azərbaycanın bölgələrində gənc könüllülər “Report” Agentliyinin fəaliyyətinə cəlb edilirlər - VİDEO Agentliyin 3 regional mərkəzində - Gəncə, Bərdə, Lənkəran şəhərlərində könüllülərin cəlb edilməsinə start verilib
Media
19 Fevral , 2019 10:22
Azərbaycanın bölgələrində gənc könüllülər “Report” Agentliyinin fəaliyyətinə cəlb edilirlər - VİDEO
Report
0 : 00
0 : 00

Bakı. 19 fevral. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi Azərbaycanın bölgələrində gənc könüllülərin jurnalistika fəaliyyətinə cəlb edilməsi üçün işə başlayıb.

İlkin olaraq Agentliyin 3 regional mərkəzində - Gəncə (Qərb bürosu), Bərdə (Qarabağ bürosu), Lənkəran (Cənub bürosu) şəhərlərində könüllülərin cəlb edilməsinə start verilib.

Könüllülük fəaliyyətinə cəlb olunmuş gənclər “Report” İnformasiya Agentliyinin bölgələrdəki xüsusi müxbirləri ilə birgə tədbirlərin işıqlandırılması, xəbər və reportajların hazırlanması qaydalarını öyrənəcək, onlayn medianın müasir tələblərindən irəli gələn yeniliklərin tətbiqi yollarını mənimsəyəcəklər.

Daha fəal könüllülər əvvəlcə qonorar ödənişi ilə, sonradan isə informasiya agentliyinin bölgə üzrə əməkdaşı kimi “Report”da işə başlayacaqlar.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışında gənc könüllülərin həm dövlət, həm də özəl sektorun fəaliyyətinə cəlb olunmasının vacibliyindən danışmışdı: “Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin”.

Son xəbərlər

Orphus sistemi