“Ukrayna-Azərbaycan beynəlxalq media platforması” adlı dəyirmi masa keçiriləcək

“Ukrayna-Azərbaycan beynəlxalq media platforması” adlı dəyirmi masa keçiriləcək Dəyirmi masada "Report" İnformasiya Agentliyinin baş redaktoru və Ukraynadakı xüsusi müxbiri də iştirak edəcək
Media
21 İyul , 2021 14:32
“Ukrayna-Azərbaycan beynəlxalq media platforması” adlı dəyirmi masa keçiriləcək

İyulun 22-də Kiyevdə “Beynəlxalq Ukrayna - Azərbaycan media platforması” adlı beynəlxalq dəyirmi masa keçiriləcək.

Bu barədə “Report” UNIAN-a istinadən xəbər verir.

Siyasi səviyyədə Ukrayna və Azərbaycan bir-birlərini strateji tərəfdaş kimi müəyyənləşdiriblər. Bunu Ukrayna prezidentinin “Ukraynanın milli təhlükəsizlik strategiyası haqqında” 14 sentyabr 2020-ci il tarixli fərmanı da təsdiqləyir. Ən yüksək səviyyədə (siyasi və iqtisadi) keçirilən bir sıra tədbirlər də bunu təsdiqləyir. Ənənəvi olaraq, dövlətlərimiz iqtisadi sahədə enerji layihələrinin icrası, infrastruktur, nəqliyyat, turizm və ticarətin inkişafı yolu ilə əməkdaşlıq edirlər.

Ukrayna ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin informasiya komponenti məsələsi bu gün də aktual olaraq qalır. Azərbaycan diasporunun, KİV və QHT-lərin bir sıra nümayəndələri bir tərəfdən, Ukraynanın təşəbbüskar qrupu da o biri tərəfdən bu istiqaməti inkişaf etdirməyə davam edir. İnformasiya əməkdaşlığının inkişafına dair anons 10 iyun 2021-ci il tarixində keçirilmiş “Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” beynəlxalq dəyirmi masasının nəticələrinin yekunu zamanı verilib.

Beləliklə, hər iki tərəf ictimai birlik yaratmağa və bunu KİV, mətbuat nümayəndələri və bloqçular ilə ortaq informasiya platforması şəklində həyata keçirməyə hazırdır. İyulun 22-də Postinformasiya Cəmiyyəti İnstitutu və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu arasında Ukrayna və Azərbaycan hadisələrinin obyektiv şəkildə işıqlandırılmasına imkan verəcək media platformasının yaradılması haqqında memorandum imzalanacaq.

Dəyirmi masa iştirakçıları:

- Lyudmila Marçenko - Ukrayna Ali Radasının xalq deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun sədr müavini;

- Aleksey Arestoviç - Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri, məruzəçi;

- Hikmət Cavadov – Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru;

- Dmitri Zolotuxin - Ukrayna informasiya siyasəti nazirinin keçmiş müavini (2017 - 2019), informasiya müharibəsi və rəqabət kəşfiyyatı üzrə ekspert;

- Andrey Olenin – “Lb.ua”nın müxbiri;

- Fuad Əliyev - jurnalist və rejissor (Azərbaycan);

- Mübariz Aslanov – “Report” İnformasiya Agentliyinin Ukraynadakı xüsusi müxbiri;

- Dmitri Kulibaba – “Slovo Azerbaydjana” qəzetinin baş redaktoru;

- UNIAN İnformasiya Agentliyinin nümayəndəsi;

- Yevgeni Androşuk - moderator.

Onlayn:

- Həmid Həmidov – “Global Media Group”un media direktoru;

- Murad Əliyev – “Report” İnformasiya Agentliyinin baş redaktoru;

- Nicat Dağlar – “Missiya.az” informasiya portalının və “Missiya TV” internet kanalının baş redaktoru;

- Zaur Rəsulzadə - “Korrespondent.az” İnformasiya Agentliyinin baş redaktoru;

- Əkbər Həsənov – müstəqil jurnalist, siyasi icmalçı;

- Zaur Nurməmmədov – “Vesti.az” nəşrinin baş redaktor müavini.

Son xəbərlər

Orphus sistemi