Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar

Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar İyulun 22-də Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən Şuşa şəhərində təşkil olunacaq Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olublar.
Media
21 İyul , 2022 12:08
Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar

İyulun 22-də Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən Şuşa şəhərində təşkil olunacaq Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olublar.

"Report"un xəbərinə görə, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib.

Heyətə bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir.

Mərkəzdə həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə qonaqlara təqdim edilib.

Qonaqlar həmçinin “Mini Azərbaycan” sərgisi ilə tanış olublar. Tanışlıq zamanı bu ekspozisiyada Bakıda və Azərbaycan regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirildiyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi