​Baş Prokurorluq informasiya agentliyinin baş redaktoruna xəbərdarlıq edib

​Baş Prokurorluq informasiya agentliyinin baş redaktoruna xəbərdarlıq edib Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib
Media
24 Aprel , 2015 12:50
​Baş Prokurorluq informasiya agentliyinin baş redaktoruna xəbərdarlıq edib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Baş Prokurorluğu Dünya İnformasiya Agentliyinin (DİA) rəhbərinə xəbərdarlıq edib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, Dünya İnformasiya Agentliyinin (DİA) internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir” başlıqlı altında çıxan məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistan hərbiçiləri tərəfindən intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlamaqla davamlı təxribat törətməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olununub, eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkət etmələrini özündə əks etdirən videogörüntülər yerləşdirilib.

Bununla əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlərin görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi