Bakıda dezinformasiya və onun mətbuata təsirinə həsr olunmuş "dəyirmi masa" keçirilib

Bakıda dezinformasiya və onun mətbuata təsirinə həsr olunmuş "dəyirmi masa" keçirilib ADA Universitetində "Dezinformasiyanın artması: mətbuat sahəsinə və effektiv cavablandırma strategiyalarına təsiri" mövzusunda "dəyirmi masa" keçirilib.
Media
180
26 Aprel , 2022 18:10
Bakıda dezinformasiya və onun mətbuata təsirinə həsr olunmuş dəyirmi masa keçirilib

ADA Universitetində "Dezinformasiyanın artması: mətbuat sahəsinə və effektiv cavablandırma strategiyalarına təsiri" mövzusunda "dəyirmi masa" keçirilib.

“Report” xəbər verir ki, tədbirdə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro, Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndələri, həmçinin ölkənin bir sıra mətbuat orqanlarının rəhbərləri iştirak ediblər.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarovun sözlərinə görə, Azərbaycanda mətbuat haqqında qanun cəmiyyətdə geniş müzakirələrdən sonra qəbul edilib. O bildirib ki, əvvəlcə bu qanun “söz azadlığını pozan” bir qanun kimi sosial şəbəkələrdə tənqid olunsa da, müvafiq izahatlar verildikdən sonra bu mövqenin düzgün olmadığı ortaya çıxdı. Səttarov bu qanunu əvvəlki qanundan fərqləndirən əsas prinsiplər haqqında danışıb.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, mətbuat haqqında qanunun əsas məqsədi KİV-in imkanlarının artırılması və inkişaf etdirilməsidir.

O, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro və onun ekspertlər komandası ilə ölkədə mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi və digər məsələlərin müzakirə edildiyini bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, yeni qanunda jurnalistlərin peşə biliklərinin artırılmasından danışılır və ilk dəfədir ki, bu məsələyə diqqət ayrılır.

Çıxışı zamanı o, həmçinin Ermənistan tərəfindən dezinformasiya probleminə də diqqət ayırıb.

Son xəbərlər

Orphus sistemi