Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə ediləcək

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə ediləcək Bakıda "Azərbaycan və Türkiyə KİV: Ənənəvi KİV-dən internet KİV-inə keçid" adlı konfrans keçiriləcək
Media
9 Dekabr , 2014 18:40
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə ediləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Dekabrın 11-də Bakıda Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişafına dair layihə çərçivəsində "Azərbaycan və Türkiyə KİV: Ənənəvi KİV-dən internet KİV-inə keçid" adlı konfrans keçiriləcək. 

"Report" xəbər verir ki, tədbirin əsas məqsədi iki ölkə arasında media əməkdaşlığının hazırkı vəziyyətina nəzər salmaq, tarixi müqayisələr aparmaq, eləcə də bu sahədə münasibətlərin möhkəmləndirilməsi yollarını müzakirə etməkdir. 

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, TRT telekanalının baş direktoru Şenol Güken, "Anadolu" agentliyinin direktor müavini Abubəkr Şahin, "Haber7" portalının baş direktoru İbrahim Ərdoğan, eləcə də iki ölkə universitetlərinin jurnalistika fakültələrinin dekanları iştirak edəcəklər. 

Qeyd edək ki, Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişafı üzrə layihə Türkiyənin Azərbaycandakı səfirliyi, TİKA, KİVDF və Mətbuat Şurasının dəstəyi ilə başlanılıb. 

Son xəbərlər

Orphus sistemi