Bakı və Abşeron yarımadasında rəqəmli yayım üçün ehtiyat şəbəkələr quraşdırılır

Bakı və Abşeron yarımadasında rəqəmli yayım üçün ehtiyat şəbəkələr quraşdırılır Yayımın fasiləsizliyini təmin olunması istiqamətində işlər aparılır
Media
24 oktyabr 2016 12:53
Bakı və Abşeron yarımadasında rəqəmli yayım üçün ehtiyat şəbəkələr quraşdırılır

Bakı. 24 oktyabr. REPORT.AZ/ Noyabrın 1-dən Bakı və Abşeron yarımadasında analoq yayımın dayandırılacağı ilə əlaqədar hazırda rəqəmli yayımın fasiləsizliyini təmin olunması istiqamətində işlər aparılır.

Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən "Report"a bildirilib ki, rəqəmli yayımda dayanıqlığın təmin olunması üçün işlər aparılır: "Hazırda rəqəmli yayımda siqnalların dayanıqlığının təmin olunması üçün işlər həyata keçirilir. Ehtiyat şəbəkələr quraşdırılır".

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qərarına uyğun olaraq noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Dekabrın 1-dən isə digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması xahiş olunub.

Son xəbərlər

Orphus sistemi