Bakı İslam Universitetində “Yeni media və yeni mediada din amili” mövzusunda təlim keçirilib

Bakı İslam Universitetində “Yeni media və yeni mediada din amili” mövzusunda təlim keçirilib Tələbələrə sertifikatlar təqdim olunub
Media
24 Oktyabr , 2016 21:02
Bakı İslam Universitetində “Yeni media və yeni mediada din amili” mövzusunda təlim keçirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) gənclər üçün “Yeni media və yeni mediada din amili” mövzusunda təlim keçirilib.

Universitetdən "Report"a verilən məlumata görə, BİU rəhbərliyi adından universitetin “ictimai fənlər” kafedrasının müdiri hacı Elvin Talışınski gənclər qarşısında çıxış edib. O bildirib ki, yeni mediada din amili mövzusu aktualdır və bu sahədə cəmiyyətin düzgün maariflənməsi günün vacib şərtidir. 

Təlimçi jurnalist Rizvan Fikrətoğlu ilə sosial, yeni və ənənəvi media, sosial şəbəkələr, İnternetin faydaları, informasiya savaşı və bütün bunların fonunda din amilinin mövcudluğu haqqında gənclərə məlumat verib. 

İnteraktiv şəkildə keçirilən təlimin sonunda fəal gənclərə sertifikat, təlimə göstərdiyi xüsusi dəstəyə görə BİU rəhbərliyi Elçin Həsənli, Elvin Talışınski və Aytən Abdullayevaya təşəkkürnamələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi