“Azərnəşr”in iki əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

“Azərnəşr”in iki əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib Əlövsət Ağalarova isə “Əməkdar jurnalist” fəxri adı verilib
Media
2 Fevral , 2018 18:19
“Azərnəşr”in iki əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev fevralın 2-də Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Qarayeva Rəsmiyə Məmməd qızı

Rəhimov Elxan Rəhim oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova “Əməkdar jurnalist” fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi