“AzerGold” QSC Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib - FOTO

“AzerGold” QSC Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib - FOTO Daşkəsən. 28 sentyabr. REPORT.AZ/ “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ölkənin kütləvi informasiya vasitələri üçün Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib.
Media
28 Sentyabr , 2018 23:48
“AzerGold” QSC Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib - FOTO

Daşkəsən. 28 sentyabr. REPORT.AZ/ “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ölkənin kütləvi informasiya vasitələri üçün Çovdar filiz emalı sahəsinə media-tur təşkil edib.

“Report”un Qərb bürosunun məlumatına görə, mətbuat işçiləri xüsusi təlimatlardan sonra Çovdar filiz emalı sahəsi ilə tanış olub, istehsalat prosesini filiz sahələrində partlayışından başlayaraq son məhsulun istehsalına kimi müşahidə ediblər.

Tədbir çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Oqtay Məmmədov media nümayəndələrinə ixrac göstəriciləri, ölkə ərazisində aparılan geoloji-kəşfiyyat işləri, perspektivli yataqlar, hasilat prosesi haqqında ətraflı məlumat verərək bildirib ki, “AzerGold” QSC 2017-ci ilin aprel ayında İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalayıb.

2017-ci ilin yekunlarına əsasən, “AzerGold” QSC 60 min unsiya qızıl və 86 min unsiya gümüş ixrac edərək ölkə iqtisadiyyatına 131 milyon manat, cari ilin 28 sentyabr tarixinədək 33 min unsiya qızıl və 55 min unsiya gümüş ixrac edərək ölkə iqtisadiyyatına 73 milyon manatdan artıq gəlir gətirib. Ümumilikdə 2017-ci ilin aprel ayından bu günədək 93 min unsiya qızıl və 142 min unsiya gümüşün ixracından təqribən 205 milyon manat gəlir əldə edilib. Bu il “AzerGold” QSC 45 min unsiya qızıl hasil etməyi planlaşdırır ki, bu da 2017-ci ilin göstəricilərindən 33% çoxdur.

Tədbirin məqsədi YUNESKO-nun 17 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Beynəlxalq İnformasiyaya Çıxış Günü kimi qeyd edilən 28 sentyabrda keçirilməsi qiymətli metalların hasilatı, satışı və ixracı haqqında ictimaiyyəti məlumatlandırmaq, bu sahədə şəffaflığı təmin etməkdir. İctimaiyyətin və kütləvi informasiya vasitələrinin qiymətli metalların hasilatına artan marağını nəzərə alaraq belə tədbirlərin gələcəkdə də keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi