Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə şəhər prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edir.
Gəncə və Mingəçevir şəhər, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Xocalı, Kəlbəcər, Qazax, Şəmkir, Tovuz, Yevlax rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da olduğu konfrans iştirakçıları əvvəlcə ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
Tədbir çərçivəsində, həmçinin, media qurumlarının çoxsaylı nümayəndələrinin də iştirakı ilə Gəncə şəhər prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.
Prokurorluq orqanlarının infrastrukturunun yüksək dövlət qayğısı nəticəsində ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə yerində tanış olub.
Gəncə şəhər prokuroru Azad Qarayev informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən Baş Prokurorun köməkçisi Saleh Hacıyev media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyi vurğulayıb, zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlarım atıldığını, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Prokurorluq orqanlarının sosial media siyasəti barədə ətraflı çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını qeyd edib, hazırkı vaxtadək prokurorluğun sosial media platformalarında olan 110-dan çox müraciətin qeydə alınaraq aidiyyəti üzrə göndərildiyi barədə məlumat verib.
Konfransda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev informasiya təhlükəsizliyində konfidensiallığın təmin edilməsinin əhəmiyyətindən bəhs edib, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı Tamerlan Rəhimov sosial mediada informasiya təhlükəsizliyinin önəmindən söz açıb.
Tədbirdə, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin şöbə müdiri Kənan Kərimli ətraf mühitinin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunmasında medianın əvəzsiz rolu barədə çıxış edib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə qadın və uşaqların informasiya təhlükəsizliyində risklər və həll yolları barədə məlumat verib.
Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyev Şuranın fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş, birgə əməkdaşlığının informasiya təhlükəsizliyinin təmin olunmasındakı perspektivlərindən bəhs edib, Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin əməkdaşı Pərvanə İbrahimova sosial media və media savadlılığı barədə ətraflı çıxış edib.
Konfrans iştirakçıları mövcud sıx əməkdaşlıqdan məmnunluğunu bildirərək gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıb.
Daha sonra dövlət qurumları ilə bölgə mediası arasında operativ və səmərəli kommunikasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən təkliflər səsləndirilməklə, bu məzmunlu tədbirlərin informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.
Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə Şəhər Prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilir.
"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edir.
Gəncə və Mingəçevir şəhər, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Xocalı, Kəlbəcər, Qazax, Şəmkir, Tovuz, Yevlax rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da iştirak etdiyi konfrans iştirakçıları əvvəlcə ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
Tədbir çərçivəsində, həmçinin, media qurumlarının çoxsaylı nümayəndələrinin də iştirakı ilə Gəncə Şəhər Prokurorluğunun inzibati binasına press-tur təşkil olunacaq.
Prokurorluq orqanlarının infrastrukturunun yüksək dövlət qayğısı nəticəsində ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə yerində tanış olacaqlar.