Azərbaycanda yeni media üzrə təlimlər başa çatıb

Azərbaycanda yeni media üzrə təlimlər başa çatıb Türkiyənin Nişantaşı Universitetinin yeni media üzrə müəllimlərinin azərbaycanlı media nümayəndələri ilə keçirdiyi onlayn təlimlər başa çatıb
Media
12 Mart , 2021 21:32
Azərbaycanda yeni media üzrə təlimlər başa çatıb

Türkiyənin Nişantaşı Universitetinin yeni media üzrə müəllimlərinin azərbaycanlı media nümayəndələri ilə keçirdiyi onlayn təlimlər başa çatıb.

Təlimlərin təşkilatçısı və moderatoru Elşad Eyvazlının “Report”a verdiyi məlumata görə, 3 gün davam edən təlimlərdə 22 dövlət orqanının, 20 media qurumunun nümayəndələri, eyni zamanda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri iştirak edib.

“Təlimlərin məqsədi Azərbaycanda bu sahədə çalışanların, həmçinin BDU-nun Jurnalistika Fakültəsinin tələbələrinin praktiki biliklərinin artırılmasına dəstək olmaqdır”, - deyə o bildirib.

Təlimlərdə ilk görüş Nişantaşı Universitetinin müəllimi Özlem Tuğçe Keleş ilə “Yeni media və rəqəmsal media planlaması” mövzusunda keçirilib.

Növbəti gün həmin universitetin müəllimi Zeliha Ocak “Yeni media və jurnalistikanın inkişafı” mövzusunda çıxış edib.

Sonuncu təlimi keçən universitetin digər müəllimi Yelda Şenkalın bəhs etdiyi mövzu ilə ictimaiyyətlə əlaqələr və media haqqında olub.

Yekun təlimdə təşkilatçı media qurumlarından “Global Journalism Council”in rəhbəri Mehmet Ali Dim çıxış edərək, layihə haqqında təəssüratlarını bölüşüb.

Nişantaşı Universitetinin prorektoru Sibel Demir belə tədbirlərin bundan sonra da davamlı olacağını söyləyib.

Qeyd edək ki, təlimlər Parlament Jurnalistlər Birliyinin “Media Könüllüləri - 145” layihəsi çərçivəsində BDU-nun Jurnalistika fakültəsi ilə birgə keçirilib. İştirakçılara Nişantaşı Universitetinin və “Global Journalism Council”in sertifikatları veriləcək.

Son xəbərlər

Orphus sistemi