"Bu günə Azərbaycanda fəaliyyət göstərən 8 platforma yayımçısı var. Artıq keçən aydan onlara lisenziyaların verilməsinə başlanılıb".
“Report” xəbər verir ki, bu fikirləri Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, televiziya və radio yayımının səsi ilə bağlı texniki nəzarət də gücləndirilib: "Standartlar hazırlanıb və problem aradan qaldırılıb. Piratçılıqla mübarizə işləri də davam edir".
"Bu il kabel televiziyalarının, demək olar, 90 %-i lisenziya əsasında fəaliyyət göstərir. Biz internet vasitəsilə qeyri-leqal fəaliyyət göstərənləri lisenziya almağa çağırırıq. Əks təqdirdə onların fəaliyyəti dayandırılacaq. Əminliklə deyə bilərəm ki, bu gün televiziya kanallarında heç bir pirat seriallar yayımlanmır. Pirat üsulu ilə bədii film yayımlanması faktı olarsa, onlara ciddi xəbərdarlıq ediləcək", - İ.Səttarov bildirib.