“Son bir ildə ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var”.
“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov “E-KÖŞK” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində bildirib.
“Dövlətimiz çətin dövrlərdə həmişə medianın yanında olub. Son bir il ərzində ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var. Müasir çağırışlar fonunda media rəqəmsal yeniliklərə uyğunlaşmalıdır. Hesab edirəm ki, “E-KÖŞK” platforması müasir çağırışlara cavab verən platforma olacaq. Dünyada informasiya sahəsində gedən inkişaf fonunda media sahəsinə də yeni konseptual baxış tələb olunur”, - PA rəsmisi vurğulayıb.
"Azərbaycanda çap mediasının üzləşdiyi əsas problem yayım və reklam məsələsi ilə bağlıdır".
“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov “E-KÖŞK” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, bütün dünyada yeni texnologiyaların tətbiq edildiyi bir dövrdə media sahəsində də konseputal baxış tələb olunur: "Müasir dövrdə bütün dünyada çap mediası çətinliklərlə üzləşib. Bu, ölkəmizdə də belədir. Azərbaycanda əsas problem yayım və reklam məsələsi ilə bağlıdır. Ancaq hər zaman dövlətimiz medianın yanında olub. Hesab edirəm ki, belə dəstəyin göstərilməsi çox vacibdir”.