Azərbaycanda 44 günlük Vətən müharibəsinə həsr olunan fotojurnal işıq üzü görüb

Azərbaycanda 44 günlük Vətən müharibəsinə həsr olunan fotojurnal işıq üzü görüb Noyabrın 8-də “Azərbaycan” Nəşriyyatı tərəfindən hazırlanaraq çap edilmiş “JPEG” adlı fotojurnalın ilk nömrəsi işıq üzü görüb.
Media
8 Noyabr , 2021 16:04
Azərbaycanda 44 günlük Vətən müharibəsinə həsr olunan fotojurnal işıq üzü görüb

Noyabrın 8-də “Azərbaycan” Nəşriyyatı tərəfindən hazırlanaraq çap edilmiş “JPEG” adlı fotojurnalın ilk nömrəsi işıq üzü görüb.

"Report" xəbər verir ki, fotomüxbirlər Əziz Kərimov, Ehtiram Cəbi və Roman İsmayılovun müəllif layihəsi olan jurnalın sözügedən nömrəsi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr olunub.

Nəşrdəki fotolar həm müharibə, həm də postmüharibə dövrünə aid olmaqla, Azərbaycan Ordusunun düşmənə qarşı apardığı haqq mübarizəsindəki qəhrəmanlığını əks etdirməklə yanaşı, eyni zamanda Ermənistan tərəfindən mülki əhalimizə və infrastruktur obyektlərimizə yönəlmiş cinayətləri də əks etdirir.

Fotoqraf Əziz Kərimov fotojurnalın formatı barədə danışıb: “Məqsədimiz oxucunu foto ilə baş-başa buraxmaqdır. Peşəkar jurnalistika faktları şərhsiz çatdırmağı tələb edir, bu mənada bizim də istəyimiz ondan ibarətdir ki, kadrlara baxan hər kəs, özü üçün öz nəticəsini çıxartsın. Burada sıravi əsgərin qəhrəmanlığından tutmuş, evi, obası dağılmış vətəndaşın kədəri, körpəsini dəfn edən atanın ürək yanğısına qədər hər şey var”.

Qeyd edək ki, dərc edilən materialların unikallığı baxımından ilk belə nəşr olan fotojurnal “Azərbaycan” Nəşriyyatı tərəfindən təmənnasız şəkildə tərtib olunaraq çap edilib. 1000 ədəd tirajda buraxılmış jurnal ödənişsiz olaraq müxtəlif qurumlara paylanacaq.

Xatırladaq ki, layihə müəlliflərindən biri "Report" İnformasiya Agentliyinin fotoqrafıdır.

Son xəbərlər

Orphus sistemi