Azərbaycanda 28-dək yerli telekanal HD keyfiyyətində yayımlanır

Azərbaycanda 28-dək yerli telekanal HD keyfiyyətində yayımlanır Azərbaycanda 28-dək yerli telekanal HD (High Definition- yüksək dəqiqlikli) keyfiyyətində yayımlanır.
Media
24 May , 2022 10:05
Azərbaycanda 28-dək yerli telekanal HD keyfiyyətində yayımlanır

Azərbaycanda 28-dək yerli telekanal HD (High Definition- yüksək dəqiqlikli) keyfiyyətində yayımlanır.

“Report” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərkosmos” ASC məlumat yayıb.

Bildirilir ki, telekanallar “Azərkosmos”, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İB ilə birgə razılığa əsasən həyata keçirilən layihəylə HD yayıma keçib.

Xatırladaq ki, “Azerspace-1” telekomunikasiya peykindən yayımlanan Azərbaycanın televiziya kanalları bu il yanvarın 28-dən HD formatda yayıma keçmişdi. Yerli televiziya kanalları “Azerspace-1” peyki üzərindən 11175/H/30000 ilə HD yayımlanır.

Son xəbərlər

Orphus sistemi