Azərbaycan telekanalı dünyanın A-top reytinqində

Azərbaycan telekanalı dünyanın A-top reytinqində "CBC Azerbaijan"ın YouTube kanalı dünyaca məşhur Əl-cəzirə (ing) telekanalını da geridə qoyub.
Media
15 Dekabr , 2020 14:02
Azərbaycan telekanalı dünyanın A-top reytinqində

Beynəlxalq "Social Blade" platformasının versiyasına görə, Azərbaycanın CBC Azerbaijan telekanalının YouTube-kanalı A-top reytinqinə daxil olub.

"Report" xəbər verir ki, reytinqdə "CBC Azerbaijan"ın YouTube kanalı dünyaca məşhur Əl-cəzirə (ing) telekanalının da geridə qoyub.

CBC Azerbaijan-nın 177 min abunəsi olan YouTube kanalı 2013-cü ildə yaradılıb. İndiyədək kanalda yerləşdirilmiş videolara 100 milyondan artıq baxış sayı qeydə alınıb. YouTube kanalında Azərbaycan, rus və erməni dillərində yerləşdirilən kontent Azərbaycan həqiqətlərinin daha geniş beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.

Azərbaycanın CBC telekanalı ölkənin ilk beynəlxalq televiziya kanalıdır və hazırda Rusiyanın Avropa hissəsindən Hindistan yarımadası, Balkan yarımadasından Çinin şərq sərhədlərinədək ərazilərdə 24 saat ərzində yayımlanır.

Telekanalın başlıca vəzifəsi hər bir tamaşaçıya öz rəyini formalaşdırması üçün keyfiyyətli və operativ məlumat təqdim etməkdir.

Məsələ ilə bağlı açıqlama verən CBC telekanalının baş direktoru Vüqar Xəlilov bildirib ki, dünyanın aparıcı telekanalları Vətən müharibəsinin gedişində CBC-nin videokontentinə tez-tez müraciət ediblər. CBC müxbirlərinin cəbhə bölgəsindən çəkdikləri kadrlar və hazırladıqları reportajlar RT, ORT, Rossiya 24, Dojd kimi telekanallar tərəfindən fəal istifadə edilib.

CBC-nin Tərtər rayonundan canlı efirlərindən birinin qonağı isə Rusiyanın TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman olub.

Social Blade veb-saytı YouTube, İnstagram, Twitter, Facebook kimi sosial şəbəkələrdə statistikanı izləyir və təhlil aparır.

Son xəbərlər

Orphus sistemi