Azərbaycan Radiosu və Televiziyasının yubileylərinə həsr olunmuş təntənəli mərasim keçirilib - FOTO

Azərbaycan Radiosu və Televiziyasının yubileylərinə həsr olunmuş təntənəli mərasim keçirilib - FOTO Tədbirdə hökumət rəsmiləri, deputatlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər
Media
258
3 Noyabr , 2016 20:53
Azərbaycan Radiosu və Televiziyasının yubileylərinə həsr olunmuş təntənəli mərasim keçirilib - FOTO

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə hökumət rəsmiləri, deputatlar, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Azərbaycanda televiziya və radio sahəsinin inkişafı ilə bağlı danışıb. O qeyd edib ki, Azərbaycanda digər sahələr olduğu kimi bu sahə də inkişaf edib, bir sıra nailiyyətlər əldə edib.

Sonra Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli çıxış edib. O bildirib ki, teleradio Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasında mühüm rol oynayıb. Şura sədri qeyd edib ki, Sovet İttifaqında da Azərbaycan teleradiosu mühüm yer tutub: “Müstəqillik illərində teleradio sahəsində dəyişiklik oldu, inkişaf baş verdi. Müstəqilliyin ilk illərində bu sahədə böhran hökm sürürdü. Həmin dövrdə xalqın iqtisadi vəziyyəti də yaxşı deyildi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra televiziya və radio sahəsində mühüm işlər görüldü. Daha sonra bu sahə ilə bağlı qanunvericilik bazası hazırlandı. Milli Televiziya və Radio Şurası yaradıldı. Teleradio sahəsinin inkişafı ilə bağlı bir sıra addımlar atıldı. Prezident İlham Əliyev də bu sahəyə xüsusi diqqət yetirir. Azərbaycanda keyfiyyət dəyişikliyi hiss olunur. Müstəqil Azərbaycanda yaranan televiziya kanalları yenilik gətirdi”.

Tədbir çıxışlar və konsert proqramı ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi