Azərbaycan Prezidentinin ​MTRŞ-ya ayırdığı vəsait 6 telekanal arasında bölünüb

Media
  • 19 may, 2016
  • 12:10
Azərbaycan Prezidentinin ​MTRŞ-ya ayırdığı vəsait 6 telekanal arasında bölünüb

Bakı. 19 may. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Qurumdan "Report"a verilən məlumata görə, iclasda "Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.

2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılan 2 milyon manat vəsaitin ümumrespublika özəl televiziya yayımçılarına bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib. Bu vəsait ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər bölünəcək.