Azərbaycan mətbuatı dövrün tələblərinə uyğun təkmilləşir, modernləşir, prinsipləri isə dəyişməz qalır

Azərbaycan mətbuatı dövrün tələblərinə uyğun təkmilləşir, modernləşir, prinsipləri isə dəyişməz qalır "Mətbuat bütün dövrlərdə həqiqət carçısı olmuş, öz missiyasını yüksək səviyyədə yerinə yetirməyə səy göstərmişdir. Milli mətbuatımızın müstəqillik dövründən bəhs edərkən öncə göz önünə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliye
Media
471
21 İyul , 2020 15:54
Azərbaycan mətbuatı dövrün tələblərinə uyğun təkmilləşir, modernləşir, prinsipləri isə dəyişməz qalır
Vüqar Rəhimzadə

"Mətbuat bütün dövrlərdə həqiqət carçısı olmuş, öz missiyasını yüksək səviyyədə yerinə yetirməyə səy göstərmişdir. Milli mətbuatımızın müstəqillik dövründən bəhs edərkən öncə göz önünə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu istiqamətdə göstərdiyi xidmətlər gəlir. Mətbuatın cəmiyyətdə rolunu önə çəkən ümummilli lider onun müstəqil, azad fəaliyyətinin təmin olunması, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirib".

"Report" xəbər verir ki, bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə vurğulayıb ki, bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə yoxdur, mətbuat nümayəndələri istənilən mövzu ətrafında öz fikirlərini ifadə edir, fikir azadlığı mövcuddur, bir sözlə, cəmiyyətin informasiya tələbatı yüksək səviyyədə ödənilir. 

Baş redaktor son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini, mövqelərini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıldığını qeyd edib: "Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev jurnalistlərin dostu, mətbuatın hamisi kimi dəstəyini də davamlı edir və bu, media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir, onlarda məsuliyyət hissini daha da artırır. Dövlət başçısı İlham Əliyevin son 16 ildən artıq dövrdə 3 dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi də deyilənlərin təsdiqidir".

O qeyd edib ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artması KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsindən də aydın görünür. 

Vüqar Rəhimzadə dövlətin mətbuata diqqət və qayğısı ilə yanaşı, jurnalistlərin üzərinə düşən vəzifələrdən də danışıb. O bildirib ki, müharibə şəraitində yaşayan ölkənin mətbuatı həqiqətlərimizin təbliğində, düşmənlə ideoloji mübarizədə fəal iştirak etməli, milli maraqlarımızı yüksək səviyyədə qorumalı, birlik, həmrəylik nümayiş etdirərək ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrin əks təbliğatını reallıqlarımızla cavablandırmalıdır.

Əməkdar jurnalist hazırda yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu önə çəkərək, diqqəti son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata, Azərbaycan Ordusunun bu təxribatın qarşısını qətiyyətlə almasına yönəldib: "Növbəti qələbəmiz bir daha bu əminliyə əsas verir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan hərb yolunu seçərsə, rəşadətli ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Bu gün mətbuatın qarşısında dayanan əsas vəzifələrdən biri məhz infomasiya təhlükəsizliyini qorumaqla, müasir dövrün imkanlarından maksimum istifadə edərək həqiqətlərimizi, ermənilərin iç üzünü bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Həmkarlarıma qələbə sevincimizin müjdəçisi olmağı, modernləşmə, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların tətbiqi kimi prinsipləri hər zaman fəaliyyətlərinin önündə saxlayaraq dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfələrinin davamlılığını arzulayıram".

Son xəbərlər

Orphus sistemi