"Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı" təsdiqlənib

"Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı" təsdiqlənib "Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı" təsdiqlənib.
Media
24 Oktyabr , 2023 16:03
Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı təsdiqlənib
Əli Əsədov

"Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı" təsdiqlənib.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov oktyabrın 7-də müvafiq sərəncam imzalayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərəncamla təsdiq edilmiş Tədbirlər Planının (bundan sonra - Tədbirlər Planı) həyata keçirilməsini əlaqələndirmək və Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Sərəncam Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan ərazisində radio yayımının təkmilləşdirilməsi, keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi, əhatəsinin genişləndirilməsi, efir məkanının təhlükəsizliyinin gücləndirilməsi, radio yayım platforması üzərindən müasir informasiya xidmətlərinin yaradılması, radiotezlik və enerji resurslarından səmərəli istifadə edilməklə yayım xərclərinə qənaət edilməsi üçün rəqəmsal radioyayım texnologiyasının tətbiqi ilə bağlı zəruri tədbirlərin icrasını təmin etmək məqsədilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi