“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür “Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür.
Media
25 Dekabr , 2022 13:15
“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 22 il ötür.

"Report" xəbər verir ki, telekanal 2000-ci il dekabrın 25-də özəl televiziya kanalı olaraq fəaliyyətə başlayıb.

İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edib. 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı, rus dilində də verilişlər də yayımlayıb. Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçib.

2011-ci ildə kanalın 10 ildən çox müddəti olan loqotipi dəyişdirilib. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırılıb.

Telekanalın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil edir.

Bu ilin yanvarın 28-dən “Azerspace-1” peykində HD yayım formatına keçib.

"Report" İnformasiya Agentliyi olaraq telekanalı təbrik edir, kollektivə işlərində daha böyük nailiyyətlər arzulayırıq!

Son xəbərlər

Orphus sistemi