Rusiya Prezidenti Vladimir Putinin AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə üzrxahlığı baş verən fəlakətin ağırlığını dərk etməsi, həmçinin hadisənin araşdırılması ilə dəstəyinin ifadəsidir.
“Report” xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar “Haber Global”ın efirində deyib.
A.Attarın sözlərinə görə, Azərbaycan diplomatik gücünü göstərdi.
"Azərbaycan təxribatlara uymadan, spekulyativ paylaşımlardan uzaq duraraq təmkinli şəkildə Rusiya tərəfinin açıqlamasını gözləyirdi. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyildiyi kimi, dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar", - A.Attar qeyd edib.